Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının iyulun 4-də şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində şəhər sakini E.Hüseynovun karantin rejimini pozaraq restoran işlətdiyi müəyyən edilib.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, E.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək 25 gün inzibati həbs edilib.