Sumqayıtda qadına qarşı cinayət törədən şəxslər ələ keçib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da şəhər sakini olan bir qadının mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Sumqayıt sakini Sadiq Adışlı və Yardımlı rayon sakini Elyar Cəbili saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Səlcuq Elçin