Sumqayıtda mənzildən kişi meyiti tapılıb.

Open.az xəbər verir ki, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Qasımov Vəkil Qədim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.