Sumqayıt şəhərində ümumi sahəsi 30 m² olan avtomobil təmiri sexinin içərisində elektrik sayğacı, 5 p.m elektrik kabeli və avtomobil mühərriki yanıb.

Open.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yüksək temperaturdan sexin lambirindən ibarət tavanı 30 m² sahədə əriyib və içərisində "Mercedes" markalı minik avtomobilinin qapısı deformasiyaya uğrayıb.

Sex və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.