Sumqayıtda 2 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, ümumi sahəsi 100 m² olan 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.