Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, avqustun 13-də saat 17 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini R.Həsənovun idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşıb.

Nəticədə R.Həsənovun sərnişinlərindən arvadı Zeynəb hadisə yerində ölüb, digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.