Sudanın Qərbi Darfur vilayətinin Qeneyna şəhərində baş vermiş toqquşmalar zamanı 129 nəfər həlak olub, daha 198 nəfər xəsarət alıb.

Bu barədə Open.az "Baj News" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, şəhərdə zorakılıq aktları ötən şənbə Qeneyna sakininin qətlindən sonra başlayıb.

"Şəhərdə nisbi sakitliyə baxmayaraq, zorakılıq aktlarının olduğu ərazilər genişləndi. Qeneynadakı hadisələrlə paralel olaraq Murni və Kaukar rayonlarının xəstəxanalarına ölənlərin meyitləri gətirildi", - həkimlərin bəyanatında deyilir.

Həkimlər güman edirlər ki, yaralılar və öldürülənlərin sayı daha çoxdur. Amma çətin təhlükəsizlik vəziyyəti səbəbindən onlarla yaxın ünsiyyətdə olmaq çətindir.

Bildirilir ki, qarşıdurmalarla əlaqədar yerini dəyişən minlərlə insan sığınacağa malik deyil, həmçinin sakinlər içməli su, qidalanma və dərman sarıdan sıxıntı çəkirlər.