Siyəzəndə “Mercedes” yanıb.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, rayonun Yenikənd kəndində “Mercedes” markalı mikroavtobusun mühərrik hissəsi, idarəetmə lövhəsi və salon hissəsi qismən yanıb.

Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.