Şirvan şəhərində avtomobil piyadanı vurub. Open.az xəbər verir ki, hadisə şəhərin “Elxanbulağı” adlanan ərazisində baş verib.

Belə ki, “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən və hələlik şəxsiyyəti məlum olmayan 50-60 yaş arasında olan piyadanı vurub.

İlkin məlumata görə, sürücü yaralını Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb. O, Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. ("Report")