Türkiyənin Ərzincan vilayətində qorxunc hadisə baş verib.

Open.az xəbər verir ki, Ərzincanda səyyar satıcılıqla məşğul olan Yavuz P. adlı şəxs polislərlə dava edib. Davaya səbəb, polislərin qarğıdalı satmaqla dolanan Yavuz P.yə qadağa qoymaları olub. Səyyar satıcının dükanını bağlayan polislərə etiraz edən Yavuz P. adlı şəxs üzərinə benzin tökərək, özünü yandırıb. Hadisə yerinə təcili yardım gəlib və bədəninin böyük hissəsi yanan Yavuz P-ni xəstəxanaya aparıblar.

Hazırda reanimasiyada olan satıcının vəziyyəti ağırdır.

Ülviyyə Həsənqızı

Səyyar dükanını bağlamaq istədilər-Özünü yandırdı