Şəmkirdə evdən pul və televizor oğurlanıb.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Şəmkir Rayon polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də rayon ərazisindəki evlərin birindən 2050 manat və televizor oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini H.Məmmədov, Şəmkir şəhər sakinləri Ə.Əliyev və E.Haqverdiyev saxlanılıblar.