Şəmkir sakinin evindən narkotik maddə və optik nişangah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Mehman Heydərovun evindən çəkisi 7 kiloqram 429 qram marixuana, 1 ədəd tir tüfəngi, 1 ədəd optik nişangah və 1 ədəd kustar üsulla hazırlanmış xəncər aşkar edilərək götürülüb.


Faktla bağlı araşdırma aparılır.


Səlcuq Elçin