Səhiyyə Nazirliyi Şəkidə iyulun 14-də baş verən bədbəxt hadisə zamanı xəsarət alanların son vəziyyəti barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Open.az-a verilən məlumatda bildirilir ki, Şəki Mərkəzi Rayon Xəsdtəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb. Vəziyyəti isə orta-ağır stabil qiymətləndirilib.