Şəki rayonunda yol qəzası baş verib.

Open.az-ın “Report”un Şəki-Zaqatala bürosuna istinadən məlumatına görə, “QAZ-24” və “VAZ-21061” markalı minik avtomobilləri toqquşub.

Nəticədə “VAZ-21061” markalı avtomobildə olan rayonun Kiçik Dəhnə kənd sakinləri - 1994-cü il təvəllüdlü Nicat Rasim oğlu Rəşidov, 1997-ci il təvəllüdlü Naib Nail oğlu Tahirov və 1996-cı il təvəllüdlü Novruz Bayram oğlu Yunusov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Yaralılardan N.Tahirova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi Reanimasiya şöbəsində aparılır. R.Rəşidov sağ ayağının bud sümüyünün sınığı xəsarəti ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. N.Yunusovun xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım edildikdən sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.