Şəkidə 3 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 84 m² olan 3 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə, dam örtüyü 24 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.