Şamaxıda idman məktəbində yanğın olub.

FHN-dən Open.az-a verilən məlumata görə, hadisə rayonun Şəhriyar qəsəbəsində qeydə alınıb. İdman məktəbinə məxsus ümumi sahəsi 240 m² olan idman zalının plastikdən ibarət giriş qapısı yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 25 m² sahədə əriyib. İdman zalının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.