Bu gün günorta saatlarında Salyan rayonunun ərazisində naməlum qadın meyiti aşkarlanıb.

Open.az xəbər verir ki, təxminən 40-45 yaşlı qadının cəsədi rayonun Yenikənd kəndinin çöl torpaqlarında, drenaj kollektorun içərisindən tapılıb.

Naməlum cəsəd hazırda müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizasına təqdim olunub.