Salyan sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin cəməkdaşları tərəfindən şəhər sakini Vüsal Əliyevdən müvafiq sənədləri olmayan “Gifsan” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Səlcuq Elçin