Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Open.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Paytaxt sakini Hüseynov Pərviz Mehdi oğlu idarə etdiyi "Toyota Land Cruiser" markalı 90-OL-019 dövlət nömrə nişanlı avtomobillə Bakıxanov qəsəbəsində, Mehmandarov küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyada Şirbitov Kamal Soltan oğlunu vurub.