Sabirabadda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Open.az xəbər verir ki, hadisə saat 20 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun Sabirabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ" markalı avtomobil ilə "Hyundai" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.