Beyləqan rayon sakinindən ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Open.az-a verilən məlumata görə, Saatlı Rayon Polsi Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Beyləqan rayonu İmamverdilər kənd sakini Teymur Kərimov Saatlı rayonu ərazisində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. T.Kərimovdan 1ədəd “ İJ-58” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.