Rusiyanın Murmansk vilayətində eniş zamanı qəzaya uğramış "Tu-22M3" bombardmançı təyyarəsinin ekipajının üçüncü üzvü də ölüb.

Open.az "TASS"a istinadən xəbər verir ki, yaralı hərbi tibb məntəqəsində keçinib.

***

16:49

Rusiyanın Murmansk vilayətində bombardmançı təyyarənin enişi əsnasında baş verən qəzada ekipajdan iki nəfər ölüb.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Murmansk bölgəsində "Olenegorsk" hava limanına Hava Qüvvələrinə məxsus "Tu-22M3" model təyyarə sərt eniş edib.

Təyyarənin hərbi texnikasız uçuş etdiyi bildirilib. Qəza zamanı ekipajdan 2 nəfər həyatını itirib, 2 nəfər yaralanıb.

Hadisənin səbəbləri araşdırılır.

Gülnar Qafarlı