Azərbaycan Respublikasının vətəndaşı Rusiyanın Katayski rayonunun sakini ilə saxta nikaha girib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun vətəndaşlıq məsələsinin rahat şəkildə həll edilməsi olub.

Cütlük 2016-cı ilin sentyabrında ailə həyatı qurub. Prokurorluq məsələ ilə bağlı məhkəməyə müraciət edərək, nikahın qeydiyyatının ləğv edilməsini istəyib.

Məhkəmə bu tələbi yerinə yetirib.