Rəşid Behbudov küçəsindən keçən su xəttində baş verən qəza ilə əlaqədar olaraq yolun hərəkət hissəsində müəyyən çətinliklər yaranıb.

BNA-dan Open.az-a verilən məlumata görə, bu səbəbdən də hazırda Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Hazırda hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür. Svetoforlarda yaşıl dalğa tətbiq edilib.