Bakıda quşçuluq fabrikindən 170 min manat dəyərində toyuq və toyuq məhsulları oğurlanıb.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Əməliyyat tədbirləri nəticəsində aprelin 13-də Hövsan qəsəbəsi ərazisindəki fabriklərin birindən 170 min manat dəyərində toyuq və toyuq məhsulları oğurlamaqda şübhəli bilinənlər - Binə qəsəbə sakinləri E.Ağayev, H.Qasımov, M.Seyidov və S.Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.