Qusarda qəza baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, fFevralın 18-də saat 16 radələrində Qusar rayonunun İmamqulukənd kəndi ərazisində rayon sakinləri K.Sultanəliyevin idarə etdiyi “QAZ-31105” və R.Ağakərimovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. Nəticədə R.Ağakərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Səlcuq Elçin