Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Open.az xəbər verir ki, Qusar-Ləgər yolunda qeydə alınan hadisə zamanı "Mersedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində bir nəfər dünyasını dəyişib.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.