Qubada yol-nəqliyyat hadisəsi baş verib.

Open.az xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Quba şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Lada Priora" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Qəza zamanı "VAZ-2107" aşıb. İlkin məlumata görə, hadisə zamanı bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi yardım Stansiyasının həkimləri və hüquq mühafizə orqanlarının əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.