Qubada kafedə adam öldürməyə cəhddə təqsirləndirilən Bəhram Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsindı hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı fevralın 19-a təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Quba rayonunda kafelərdən birində baş verib. Kafenin kababçısı B.Cəfərovla müştərisi, Quba şəhər sakini, 1986-cı il təvəllüdlü Səxavət Zalı oğlu Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zəminində kababçı müştərini bıçaqlayıb. Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Xatırladaq ki, kafenin kababçısı B.Cəfərov əvvəllər məhkum olunub.

Səlcuq Elçin