Qubada inək 12 metr dərinlikdə quyuya düşüb.

Open.az xəbər verir ki, hadisə rayonun Hacıağalar kəndində baş verib.

Kənd sakini Osmanova Zeynəb Süleyman qızının təsərrüfatında olan inəyi həyətində qazdırdığı su quyusuna düşüb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Təhlükəsizlik qaydalarına riayət edilməklə boş su quyusundan iribuynuzlu heyvanı sağ çıxararaq sahibinə təhvil veriblər.