Quba rayonunun Mirzəməmmədkənd kəndində həyətyanı sahəyə yığılan 4 ton ot bağlamasının 1 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Open.az-a verilən məlumata əsasən, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.