Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, oktyabrın 10-da saat 20 radələrində rayonun Aydınqışlaq kəndi ərazisində Ağdaş rayon sakini M.Səlimzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Adil Əhmədovu vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.