Qazaxda evdən oğurluq edən keçmiş məhkum tutulub.

Open.az DİN-in saytına istinadən xəbər verir ki, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də rayon ərazisindəki evlərin birindən 1200 manat oğurlamaqda şübhəli bilinən Kəmərli kənd sakini, əvvəllər məhkum olunmuş M.Abdulkərimov saxlanılıb.