Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, hadisə avqustun 11-də saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini İ.Qurbanov “BMW” markalı avtomobili idarə edərkən yolu keçən 60-65 yaşlı kişini vurub.
Nəticədə həmin şəxs hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.