Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş verən yol qəzası nəticəsində Ermənistan hərbçisi ölüb.

Open.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Hadisə iyunun 3-də günorta saatlarında baş verib. Hadisə hərbçiləri daşıyan “Ural” markalı avtomobilin aşması nəticsində baş verib. Nəticədə 2001-ci il təvəllüdlü Sarkis Qulyan ölüb, 4 əsgər yaralanıb. Yaralı hərbçilər Xankəndidəki hospitala yerləşdirilib.

Hadisənin səbəbi araşdırlır.