Xətai rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi olub.

Open.az xəbər verir ki, hadisə aprelin 6-da saat 17 radələrində qeydə alınıb.

Bakı şəhər sakini T.Hüseynli idarə etdiyi “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini E.Qarayevi vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.