Naftalan və Yevlax sakinlərində silah-sursat və narkotik aşkarlanıb.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Naftalan şəhər sakini E.Şirəliyevin və Yevlax rayon sakini R.Bayramovun paytaxtın Nizami rayonu ərazisində kirəyədə yaşadıqları mənzilə baxış zamanı oradan “STRAŞ RS-22” markalı tapança, 20 ədəd patron və 180 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Hövsan qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qəsəbə sakini A.Rəhimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan çəkisi 2 kq 535 qram marixuana götürülüb.