İki saat öncə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına məxsus qaz kəmərində qaz sızması aşkarlanıb.

Bu barədə Open.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, sızmanın ləğvi məqsədilə bu gün saat 15.55-dən qəza halı kimi qaz təchizatı dayandırılıb.