Bakıda yol qəzası baş verib.

Open.az xəbər verir ki, hadisə Pirallahı yolunda qeydə alınıb.

Qəza nəticəsində Pirallahı rayon sakinləri - 1930-cu il təvəllüdlü Adıgözəlov Sədi Hümbət oğlu və onun qızı, 1958-ci il təvəllüdlü Nəsibova Məryəm Sədi qızı xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. S.Adıgözəlova qapalı kəllə-beyin travması, M.Nəsibovaya isə sol bazu sümüyünün qapalı sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.