Fransanın paytaxtı Paris şəhərinin mərkəzində güclü partlayış baş verib.

Open.az xarici KİV-ə istinadən xəbər verir ki, Treviz küçəsində qeydə alınan hadisə yerinə təhlükəsizlik və xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Partlayış nəticəsində xeyli maddi ziyan dəyib.

Polis vətəndaşları ərazidən uzaqlaşmağa çağırıb.