Azərbaycanda noyabrın 30-da baş verən yol qəzalarının statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Ölənlərdən 3-ü kişi, 1-i qadın olub.