Oğuzda itkin düşən oğlanın meyiti tapılıb. Onu ayının parçaladığı ehtimal olunur.

Open.az "Report"a istinadən xəbər verir ki, 12 yaşlı Cəbrayıl Vüsal oğlu Məmmədlinin meyiti meşəlik ərazidə aşkarlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin tapıldığı əraziyə yollanıb.