Oğuz rayonunda dağlıq ərazidə kişi meyiti tapılıb.

Open.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə Oğuz rayonunun Xaçmaz kəndində dağlıq ərazidən 1 nəfərin meyitinin çıxarılması üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasediciləri 1963-cü il təvəllüdlü Kazımov Ramin İbrahim oğlunun meyitini çətinkeçilən ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.