Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Qəzənfərov və H.Qurbanov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Open.az-a verilən məlumata görə, Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 6-da rayon ərazisindəki evlərin birindən televizor, tozsoran və 3 ədəd qol saatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – S.Qəzənfərov və H.Qurbanov saxlanılıblar.