Bakının Suraxanı rayonu, Binə qəsəbəsində evdə odun sobası partlaması nəticəsində faciə baş verib.

Open.az xəbər verir ki, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızı yaşadığı evin qonaq otağında olan odun sobasını yandıran zaman oraya çoxlu miqdarda həlledici kimyəvi məhlul töküb. Nəticədə odun sobası partlayıb və Nargilə Əliyeva, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları - 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Məhəmməd Əliyev adlığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb.

Şəfiqə Nazimqızı