Nyu Yorkda bir avtobus dayanacaqlarından birinin tavanının çökməsindən sonra şəhərdəki 1500 avtobus dayanacağı təhlükəsizlik nəzarətindən keçirilmək üçün müvəqqəti olaraq bağlanılıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Nyu York şəhərində Staten Island yaşayış bölgəsindəki bir avtobus dayanacağının tvanaının bir hissəsinin dağılmasından sonra şəhər içindəki digər avtobus dayanacaqları nəzarətdən keçirilmək üçün sarı xəbərdarlıq lentləri vasitəsiylə istifadəsinə məhdudiyyət qoyulub.

Nyu-yorkda yerləşən ümumilikdə 3500 dayanacağın diqqət və nəzarətindən məsul olan JCDECAUX şirkəti tərəfindən, dayanacaqlara asılan elanlarla verilən narahatlıqdan dolayı Nyu York şəhərinin sakinlərindən üzr istənilib və qeyd olunub ki, dayanacaqlar bir həftə ərzində yenidən istifadəyə veriləcək.

Şirkət səlahiyyətliləri, bu həftə müvəqqəti olaraq bağlanılan dayanacaqların nəzarət və xidmətlərinin göstərilməsindən sonra digər yarısının da nəzarətdən keçirilməsi üçün bağlanılacağını da qeyd edib