Novxanı kəndi ərazisində avtobus piyadanı vurub.

Daxili İşlər Nazirliyindən Open.az-a verilən məlumata görə, kənd sakini F.Vəliyev idarə etdiyi “Otokar” markalı avtobusla yolu keçən Bakı şəhər sakini Eminağa Ağaverdiyevi vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.