Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Open.az-ın məlumatına görə, hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Ağamalıyev Ağamalı Rəcəb oğlu və onun övladı 1986-cı il təvəllüdlü Ağamalıyev Rəcəb Ağamalı oğlu yaşadıqları evin həyətində tanıdıqları şəxs tərəfindən bıçaqlanıblar.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı A. Ağamalıyevdə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, R. Ağamalıyevdə isə baş nahiyəsinin bir ədəd və qarın boşluğunun daxilə nüfuz edən iki ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

R. Ağamalıyevin vəziyyətinin ağır olduğu bildirilir.

Cinayətin təfərrüatları araşdırılır.