Nəsimi rayonu ərazisində Abbasqulu ağa Bakıxanov küçəsində yerləşən parkda baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a bildiriblər ki, hadisə nəticəsində təqribən bir hektar ərazidə ağaclıq və quru ot yanıb.

Alovun qarşısı Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən alınıb.