Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar xəttinə Nəsimi rayonunun A.Bakıxanov küçəsində yerləşən parkda ağaclığın yanması barədə məlumat daxil olub.

FHN-dən Open.az-a bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.